Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası


Dekabrın 26-da Bakıda Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilir.

Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin tarixi köklərə söykəndiyini deyib. Qeyd edib ki, Azərbaycan-Türkiyə arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf edir.

“Gələn ilin fevralında Bakıda hər iki ölkənin iş adamlarından ibarət “Sərmayə imkanları” mövzusunda təqdimat olacaq", - deyə nazir diqqətə çatdırıb.

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Erkan Özoral, ATİB İdarə heyətinin sədri Cemal Yangın, sədrin müavini Avni Demirci, İdarə Heyətinin üzvü Rafiq Qarayev iştirak edib.

Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.