ATİB nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət ediblər


20 yanvar 2020-ci ildə ATİB sədrinin müavini Mürsəl Rüstəmov, İdarə heyətinin üzvləri Rafiq Qarayev, Azər Hətəmov, Baş Katib Pərvanə Hacıyeva, ATİB Katibliyi və üzvləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

ATİB nümayəndə heyəti 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.