ATİB nümayəndə heyəti KOBİA-da olub


17 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqınla görüşüb.

Görüşdə KOB sahəsində mövcud əməkdaşlığa, əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə layihələrin reallaşdırılmasına, eləcə də Azərbaycanın regionlarında KOB-ların dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.