“CAN-PA” MMC-yə ziyarət


20 fevral 2020-ci ildə Türkiyənin Azərbaycandaki səfirliyinin ticarət müşaviri Ahmet Ataker və müavini Elşən Əbülhəsənli ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri Kaya Karslı, Rafiq Qarayev, Azər Hətəmov və Baş Katib Pərvanə Hacıyeva ilə birlikdə “CAN-PA” MMC şirkətini ziyarət etdilər. “CAN-PA” MMC-nin təsisçisi Fahrettin Can qonaqları səmimi qarşılayaraq şirkətin yaranma tarixindən bəhs etdi. O, bildirdi ki, “CAN-PA” MMC olaraq yolumuza 1993-cü ildə Can markasını daşıyan şirniyyat istehsalıyla başladıq. Onlarca dadı damaqda qalacaq lokum çeşidləri, bir-birindən ləzzətli marmalad, pişmaniye,draje, nogul , paxlava, şəkərbura kimi bir neçə şirniyyat çeşidləri istehsal etməklə yanaşı, distribütörlüyünü etdiyi Elit, Taha, Kendy, Hicret firmalarının çeşidləri ilə illərdir milli şirniyyat sahəsində fəaliyyətini davam etdirir. Keyfiyyəti və görünüşü ilə daim diqqət çəkən Can məhsulları xarici ölkələrdə də seçilir. 2018-ci ildə ölkəmizdə keçirilən Beynəlxalq Qida Sərgisində "Ən Gözəl Stend" nominasiyasına layiq görülən "CAN-PA" MMC, eyni ildə Özbəkistanın Beynəlxalq Qida Sərgisində də "Ən Yaxşı Məhsul" nominasiyası ilə mükafatlandırılmışdır.