DİA-da "Regional davamlı inkişafın idarə edilməsində enerji və nəqliyyat" mövzusunda beynəlxalq konfrans keçirilib


Martın 2-də Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Regional davamlı inkişafın idarə edilməsində enerji və nəqliyyat” mövzusunda konfrans keçirilib.

Iki gün davam edəcək konfrans Ankara Sosial Elmlər Universiteti ilə birgə təşkil edilib.

Tədbirdə ATİB İdarə heyətinin sədri Cemal Yangın iştirak edib.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar davamlı inklüziv inkişafın təminatçısı kimi” mövzusunda çıxış edib. Çıxışında Azərbaycanda həyata keçirilən enerji və nəqliyyat layihələri barədə danışan rektor bildirib ki, bu layihələr ulu öndər Heydər Əliyevin düşünülmüş müdrik siyasəti sayəsində reallaşdırılıb. Rektor bildirib ki, Azərbaycan enerjinin səmərəli istifadəsinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.