Bakıda Şimali Kiprin elanının 31 illiyi qeyd edildi


19 noyabr 2014-cü ildə Şimali Kipr Türk Respublikasının elan edilməsinin 31-ci ildönümü münasibətilə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyi rəsmi qəbul təşkil edib. Bayram tədbirində millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin üzvləri və digər ATİB Üzvləri iştirak ediblər.

Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının dövlət himnlərinin səslənməsindən sonra mərasimi açıq elan edən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sadəttin Topukçu ölkəsinin 31-ci ildönümü ilə bağlı keçirilən tədbirə qatılanlara təşəkkürünü bildirib.

Şimali Kipr Türk Respublikasının keçdiyi ağır və şərəfli yol barədə iştirakçıları məlumatlandıran Sadəttin Topukçu Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar barədə söhbət açıb. Ölkəsinin probleminin həlli istiqamətində ciddi cəhdlər göstərdiyini, danışıqlar prosesinə sadiq qaldığını deyən natiq tezliklə ədalətsizliyə son qoyulacağı və Şimali Kipr Türk Respublikasının da beynəlxalq aləm tərəfindən müstəqil dövlət kimi tanınacağını arzulayıb. Sadəttin Topukçu eyni zamanda Dağlıq Qarabağ probleminin də həll ediləcəyi və işğal altında olan Azərbaycan ərazilərinin geri qaytarılacağı ümidini ifadə edib. Çıxışında Azərbaycanla Şimali Kipr arasında mövcud olan əlaqələrə də toxunan nümayəndəlik rəhbəri hər ötən gün bu əlaqələrin bir qədər də inkişaf etdiyini diqqətə çatdırıb.

Bakıda Şimali Kiprin elanının 31 illiyi qeyd edildi

 

Bakıda Şimali Kiprin elanının 31 illiyi qeyd edildi

 

Bakıda Şimali Kiprin elanının 31 illiyi qeyd edildi

 

Bakıda Şimali Kiprin elanının 31 illiyi qeyd edildi