ATİB sədri “2014 Tiflis sammiti” adlı beynəlxalq tədbirdə iştirak edir


Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə "2014 Tiflis sammiti” keçirilir

6 may 2014-cü il tarixində  Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə "2014 Tiflis sammiti” öz işinə başlayır.

"2014 Tiflis sammiti” adlı beynəlxalq tədbir Gürcüstan parlamentinin Milli Kitabxanasında baş tutacaq. Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Görüşü üç ölkə liderləri birlikdə açacaqlar.

Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.

Sammitdə üç ölkə arasında son 20 ildə həyata keçirilən iqtisadi, ticarət, nəqliyyat və energetika əməkdaşlığının nəticələri müzakirə olunacaq. Həmçinin tərəflər mövcud və planlaşdırılan layihələri müzakirə edəcəklər.

Qeyd edək ki, ATİB sədri Cemal Yangın da "2014 Tiflis sammiti” adlı beynəlxalq tədbirdə iştirak edir.