“PAŞA Həyat Sığorta” beynəlxalq mükafata layİq görülüb


ATİB İdarə Heyətinin üzvü olan "PAŞA Həyat Sığorta” şirkəti Rumıniyada keçirilən "FIAR 2014 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda xüsusi beynəlxalq mükafata layiq görülüb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, "XPRIMM Insurance Report" beynəlxalq sığorta jurnalı tərəfindən təşkil edilən Forum çərçivəsində "PAŞA Həyat”  Azərbaycanda "ən mənfəətli həyat sığortası şirkəti” nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafatların təqdimetmə mərasimində iştirak edən "PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov öz çıxışında şirkətin əsas fəaliyyət istiqamətləri, maliyyə göstəriciləri və əldə olunan uğur və nailiyyətləri haqda geniş məlumat verib.

N.İsmayılov çıxışının sonunda "PAŞA Həyat Sığorta” şirkətinin belə nüfuzlu nominasiya üzrə beynəlxalq mükafatla təltif edilməsinə görə təşkilatçılara və layihənin bütün iştirakçılarına dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, forum çərçivəsində Şərqi Avropa və MDB ölkələrinin ən yaxşı sığorta, təkrarsığorta və broker şirkətləri, həmçinin ictimai təşkilatlar da  mükafatlandırılıb.

Xatırldaq ki, Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu 1998-ci ildən təşkil edilir. Hər il tədbirdə 500-dən çox nümayəndə iştirak edir. Tədbirə Avropanın sığorta, təkrarsığorta, bank, lizinq, konsultant, audit, İT və Kommunikasiya sektoru şirkətlərinin lider və mütəxəssislərindən ibarət iştirakçıları qatılır. Forum hər il bir ölkənin təmsilçiliyi ilə keçirilir. Bu il forumda təmsilçi tərəf Azərbaycan olub.