ATİB sədri Avstriya 4-cü Dünya Davamlı Enerji Forumunda iştirak edib


20 - 22 Noyabr 2014-cü il tarixlərində DEİK -DTİK İş Konseyinin Avropa, Asiya - Pasifik, Avrasiya bölgələrinin dəstək verdiyi Avstriya 4-cü Dünya Davamlı Enerji Forumu keçirildi. 3 günluk forumda ikitərəfli görüşlər keçirilib.

Forumda Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın iştirak etdi.

Forumda dünyanın 70 ölkəsində, eləcədə Çindən, Amerikadan, Macarıstandan, Fransadan, Nigeriyadan və digər ölkələrdən yüksək səviyyəli enerji, ətraf mühit, nəqliyyat firmaları, ölkələrin səfirləri, alimlər iştirak etdilər.