ATİB BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ İŞTİRAK ETDİ

Aprelin 4-dən 6-dək "AITF 2015” 14-cü Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər” və "Horex Caucasus 2015” 7-ci Qafqaz Beynəlxalq "Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi keçirilib. Birliyimizin üzvü İteca Caspian şirkətinin təşkil etdiyi bu sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) öz stendi ilə qatılıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.

ÇANAQQALA ŞƏHİDLƏRİNİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR BAKIDAKI TÜRK ŞƏHİDLİYİNDƏ MƏRASİM KEÇİRİLDİ

18 mart 2015-ci ildə Çanaqqala şəhidlərinin anım günü ilə əlaqədar Bakıdakı Türk Şəhidliyində mərasim təşkil edildi.

Əklil qoyma mərasimində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB)  İdarə Heyəti sədrinin müavini Cem Becel, ATİB İdarə heyəti üzvləri Kaya Karslı,  Aydın Məmmədov, Rafiq Qarayev və ATİB Katibliyi nümayəndələri iştirak etdilər.

Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının himnləri səsləndikdən sonra, tədbir iştirakçıları Türk şəhidlərinin məzarlarını ziyarət edib, abidə kompleksinə çələng qoyublar. Daha sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanında azərbaycanlı şəhidlərin məzarını ziyarət edib, Əbədi Məşəl Kompleksi önünə əklil qoyublar.

“Çanaqqala döyüşü Türkiyə və Azərbaycanın ortaq tarixidir”

18 mart Çanaqqala döyüşünün ildönümüdür. Qardaş Türkiyə xalqının şanlı tarixi anlarından biri olan bu döyüş Birinci Dünya Müharibəsi zamanında 1915-1916-cı illər arasında Osmanlı İmperatorluğu ilə İttifaq Dövlətləri arasında baş verib.   İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu almaq və boğazların idarəsini ələ keçirmək məqsədi güdürdü. Bunun üçün 1915-ci il fevral ayından başayaraq İttifaq Dövlətləri Çanaqqala istiqamətində hücum əməliyyatlarına başladılar. Ən böyük hücum isə martın 18-də baş verdi, amma aylarla davam edən hərbi əməliyyatlar nəticəsində düşmən məqsədinə nail ola bilmədi.

Türkiyə Cümhuriyyəti elan edildikdən sonra 18 mart tarixi Çanaqqala döyüşü şəhidlərinin Anma günü elan olunub.

Çanaqqala şəhidləri Azərbaycanda da daim xatırlanır. Qardaş ölkənin vətəni qorumaq üçün mübarizəsi təkrarolunmaz qəhrəmanlıq örnəyidir.

ATİB İdarə Heyəti "Park Palace" Sumqayıtın açılışında iştirak etdi

17 Mart 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti üzvləri Sumqayıtda yerləşən "Park Palace" restoranın açılış mərasimində iştirak etdi. Mərasimdə İdarə heyəti sədrinin müavinləri Mürsəl Rüstəmov, Cem Becel və İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Kaya Karslı iştirak etdi. Onlar restoranın fəaliyyətində uğurlar diləyərək, daim öndə getməsini  arzuladılar.

ATİB İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov ASK-da Assosiasiya və İctimai Birliklərin fəaliyyəti barədə müzakirədə iştirak edib

16 Mart 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov ASK-da Assosiasiya və İctimai Birliklərin fəaliyyəti barədə müzakirədə iştirak etdi.

Qonaqları qarşılıqlı əməkdaşlığa dəvət edən, sahibkar hökumət münasibətlərindən söhbət açan Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev assosiasiya və ictimai birliklərin fəaliyyətini təhlil edib. O bildirib ki, ölkədə dövlət qeydiyyatından keçən 100-ə yaxın iqtisadi yönümlü ictimai birliklərin olmasına baxmayaraq, hələ də onların birgə fəaliyyəti qənaətbəxş səviyyədə deyil.

Türk istiqlal marşının qəbul olunmasından 94 il ötür!

Türkiyənin Milli İstiqlal Marşının Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul olunmasından 94 il ötür.

1921-ci ildə - ölkədə istiqlal müharibəsinin (Qurtuluş savaşı) davam etdiyi dövrdə Təhsil Nazirliyi (Maarif Vəkaləti) milli marş üçün müsabiqə elan edir.

Müsabiqədə 724 nəfər iştirak etsə də, mərhum şair Məhmət Akif Ersoy sırf pul mükafatı verildiyinə görə bu yarışa qatılmaq istəmir.