ATİB üzvləri növbəti səhər yeməyinə toplaşdılar

25 aprel 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) üzvləri artıq ənənə formasına düşmüş səhər yeməyində toplaşdılar. Müasir iş dünyasında formalaşmış yenilikləri Azərbaycana gətirən ATİB bu ənənə ilə üzvləri arasında işgüzar münasibətlərin qurulmasını və üzv şirkətlərin bir-birini daha yaxından tanımasında vasitəçilik etməyi nəzərdə tutur.

ATİB ailəsinə yeni üzvlər qəbul edildi

2004-cü ildən fəaliyyətə başlayan Azərbaycan Türkiyə İş Adamları Birliyi üzv şirkətlər üçün yeni biznes imkanlarının yaradılması istiqamətində fəaliyyət göstərir və şirkətlərin biznesdə uğur qazanması üçün imkanları çərçivəsində hər cür dəstək verir. Məhz bu çalışma nəticəsində təşkilatla əməkdaşlıq etmək istəyən və özünü təşkilatın bir üzvü olaraq görən şirkətlərin sayı artır. ATİB yeni üzvlərini salamlayır və bundan sonra da onların nailiyyətlərinin artması istiqamətində fəaliyyətlərini davam etdirəcəyini bildirir.

ATİB İdarə Heyəti və ATİB Üzvləri Bakıda “Son məktub” filminin təqdimat mərasimində iştirak edib

Filmin ssenarisi Çanaqqala savaşından dövrümüzə gəlib çatan bir məktubun əsasında hazırlanıb. Əsas rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal, Bülent Şakrak, Nərmin Hüseynova və Barbara Sotelsekin çəkildikləri ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin günlərində onlar Fuat adında kimsəsiz uşağı himayəyə götürürlər. "Kiçik qazi Fuat” ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı ülvi sevginin yeganə şahidi olur.