“Rolls-Royce” avtomobil şirkəti Bakıda ilk rəsmi salonunu açıb

Məşhur "Rolls-Royce" avtomobil markası Qafqaz regionunda ilk rəsmi salonunu Azərbaycanda açıb. Bakıda açılan avtosalon "Rolls-Royce Motor Cars" şirkətinin Azərbaycanda rəsmi dileri və nümayəndəsi ATİB üzvü olan "İmprotex Motors" MMC-nin rəhbərliyi ilə fəaliyyət göstərəcək.

Açılışda ATİB-i İdarə Heyətinin Sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun təqdimatı olub

Oktyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və idman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak edib. Qonaqlar əvvəlcə İBİ-nin ofisi ilə tanış olublar.

Tədbirdə ATİB-i İdarə Heyətinin Sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

ATİB “BAKUBUİLD-2014” sərgisində iştirak etdi

Oktyabrın 22-dən 25-dək "BakuBuild-2014” 20-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçirilib. Birliyimizin üzvü İteca Caspian şirkətinin təşkil etdiyi bu sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) öz stendi ilə qatılıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.

ATİB-in stendi sərgi boyu ziyarətçilərin və sərgidə iştirak edən şirkətlərin böyük marağına səbəb oldu. Ziyarətçilərə ATİB-in fəaliyyətləri, həyata keçirdiyi layihələr barədə məlumat verildi, nəşrlər təqdim olundu.

Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumu keçirilib

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilmiş tədbir Naxçıvan MR-in yaradılmasının 90 illik yubileyinə həsr olunub.

Tədbirdə ATİB-i İdarə Heyətinin Sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

ATİB Üzvləri "BAKUBUİLD-2014" 20-Cİ Beynəlxalq İnşaat sərgisində iştirak etdilər

Oktyabrın 22-dən 25-dək "BakuBuild-2014” 20-ci Azərbaycan Beynəlxalq İnşaat  Sərgisində ATİB üzvü İlham Alməmmədovun  rəhbərlik etdiyi "Behrud" şirkəti iştirak edib. Sərgidə "Behrud" şirkəti şirkəti Avropa istehsalı olan tikinti avadanlıqlarını təqdim edib. Bunlar dam örtükləri, qapı-pəncərə sistemləri və pilləkənlərdir.

İnsanların fərdi və kollektiv şəkildə çalışdıqları məkanlara ən münasib mebellər təqdim edən "Zivella" "BakuBuild-2014” sərgisində öz stendi ilə müştərilərin zövqünü oxşayıb . "Zivella" müştərilərinin istək və ehtiyaclarını qarşılayacaq dizaynı, gözəlliyi və keyfiyyəti bir araya gətirən gənc, həssas və daima öyrənən bir şirkətdir.

Türkiyənin Anadolu Universitetinin AOF dekanı ATİB ofisində olub

21 oktyabr 2014-cü ildə Türkiyənin Anadolu Universitetinin AOF dekanı Prof.Dr.Kerim Banar və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisini ziyarət ediblər. Qonaqları qəbul edən ATİB sədri Cemal Yangın  ATİB-in  fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verdi.

 

“İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2014-cü ili "Sənaye ili” elan etməsi ilə əlaqədar Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə 24 Sentyabr 2014-cü ildə Bakı şəhərində "İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi.