Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib

Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Millli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə 30 oktyabr 2014-cü ildə "Qarşılıqlı İxracatın təşkili və üçüncü bazarlara birgə ixracat imkanları” adlı Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

Türkiyənin müstəqilliyinin 91-ci ili münasibətilə rəsmi qəbul verildi

Oktyabrın 29-da Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 91 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

Qəbulda ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri və ATİB üzvləri də iştirak etdilər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir İsmail Alper Coşkun ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışdı.

Türkiyənin müstəqilliyinin 91-ci ildönümü münasibəti ilə Bakıdakı Türk Şəhidliyində mərasim keçirilib.

29 oktyabr 2014-cü ildə Türkiyənin müstəqilliyinin 91-ci ildönümü münasibəti ilə Bakıdakı Türk Şəhidliyində mərasim keçirilib.

Tədbirdə ATİB-i İdarə Heyətinin Sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının himnləri səsləndikdən sonra, tədbir məzarların üzərinə gül qoyma ilə başa çatıb. Daha sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanında azərbaycanlı şəhidlərin məzarını ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyublar.

“Rolls-Royce” avtomobil şirkəti Bakıda ilk rəsmi salonunu açıb

Məşhur "Rolls-Royce" avtomobil markası Qafqaz regionunda ilk rəsmi salonunu Azərbaycanda açıb. Bakıda açılan avtosalon "Rolls-Royce Motor Cars" şirkətinin Azərbaycanda rəsmi dileri və nümayəndəsi ATİB üzvü olan "İmprotex Motors" MMC-nin rəhbərliyi ilə fəaliyyət göstərəcək.

Açılışda ATİB-i İdarə Heyətinin Sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun təqdimatı olub

Oktyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və idman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak edib. Qonaqlar əvvəlcə İBİ-nin ofisi ilə tanış olublar.

Tədbirdə ATİB-i İdarə Heyətinin Sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

ATİB “BAKUBUİLD-2014” sərgisində iştirak etdi

Oktyabrın 22-dən 25-dək "BakuBuild-2014” 20-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçirilib. Birliyimizin üzvü İteca Caspian şirkətinin təşkil etdiyi bu sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) öz stendi ilə qatılıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.

ATİB-in stendi sərgi boyu ziyarətçilərin və sərgidə iştirak edən şirkətlərin böyük marağına səbəb oldu. Ziyarətçilərə ATİB-in fəaliyyətləri, həyata keçirdiyi layihələr barədə məlumat verildi, nəşrlər təqdim olundu.

Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumu keçirilib

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilmiş tədbir Naxçıvan MR-in yaradılmasının 90 illik yubileyinə həsr olunub.

Tədbirdə ATİB-i İdarə Heyətinin Sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

ATİB Üzvləri "BAKUBUİLD-2014" 20-Cİ Beynəlxalq İnşaat sərgisində iştirak etdilər

Oktyabrın 22-dən 25-dək "BakuBuild-2014” 20-ci Azərbaycan Beynəlxalq İnşaat  Sərgisində ATİB üzvü İlham Alməmmədovun  rəhbərlik etdiyi "Behrud" şirkəti iştirak edib. Sərgidə "Behrud" şirkəti şirkəti Avropa istehsalı olan tikinti avadanlıqlarını təqdim edib. Bunlar dam örtükləri, qapı-pəncərə sistemləri və pilləkənlərdir.

İnsanların fərdi və kollektiv şəkildə çalışdıqları məkanlara ən münasib mebellər təqdim edən "Zivella" "BakuBuild-2014” sərgisində öz stendi ilə müştərilərin zövqünü oxşayıb . "Zivella" müştərilərinin istək və ehtiyaclarını qarşılayacaq dizaynı, gözəlliyi və keyfiyyəti bir araya gətirən gənc, həssas və daima öyrənən bir şirkətdir.