MİLLƏT VƏKİLİ QƏNİRƏ PAŞAYEVA VƏ TÜRKİYƏ KİV NÜMAYƏNDƏLƏRİ ATİB OFİSİNDƏ OLDULAR

Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması, Türkiyə və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri barədə də danışıb.

Millət vəkili Qənirə Paşayeva və Türkiyə KİV nümayəndələri ATİB ofisində oldular

24 dekabr 2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB)  ofisində Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizdə səfərdə olan GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetəçilər Birliyinin rəhbərinin müavini Durdu Mehmet Taş, Kanal 35TV Yayın Yönetmeni halit Tunç, Beyaz tv "Dinamıt” proqramının aparıcısı və müəllifi Latif Şimşek qonaq olub. Qonaqları ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Aydın Məmmədov və İdarə Heyətinin üzvü Rafiq Qarayev qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ATİB üzvləri ilə görüşdülər

24 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayevin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadənin Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri ilə görüşü keçirildi. Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin Əmək və Sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata da iştirak edib.

Türkiyənin Anadolu Dövlət Universitetinin rektoru, Prof. Dr. Naci Gündoğan Azərbaycan Dövlət İqtisad Universitetində olub

16 dekabr 2014-cü ildə Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Anadolu Dövlət Universitetinin rektoru, Prof. Dr. Naci Gündoğan Azərbaycan Dövlət İqtisad Universitetində olub. Görüşdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangın da iştirak edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Prof. Dr. Ədalət Muradovla görüşdə iki universitet arasında əməkdaşlıq haqqında məsələlər müzakirə olunub.


Anadolu Universiteti ”Azərbaycan Programları” tələbələrinə tələbə biletləri təqdim edildi

15 dekabr 2014-cü il tarixində Türkiyənin Anadolu Dövlət Universitetinin qəbul imtahanlarında müvəffəqiyyət qazanaraq Universitetin tələbəsi olmağa layiq olan gənclərə tələbə biletlərinin təqdimetmə mərasimi keçirilirdi.

Gəncləri və onların valideynlərini təbrik etmək üçün təşkil olunmuş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Anadolu Dövlət Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan, Azərbaycan-Türkiyə İşadamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangın, Anadolu Dövlət Universiteti "Azerbaycan Proqramları" koordinatoru Azər Hətəmov, Səfirliyin Təhsil Müşaviri Abdulqafur Büyükfırat, Türkiyə səfirliyinin digər müşavirləri, həmçinin qonaqlar, valideynlər, tələbələr də iştirak edirdilər.

Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan ATİB ofisində qonaq oldu

15 dekabr 2014-cü ildə Azərbaycanda səfərdə olan Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan ATİB ofisində qonaq oldu.

Görüşdə İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen, İdarə Heyətinin üzvü Aydın Məmmədov və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru cənab Azər Hətəmov iştirak edirdilər.

Qonağı salamlayan Cemal Yangın ATİB və fəaliyyətləri haqqında geniş məlumat verdi.