ATİB nümayəndələri Heydər Əliyevin məzarını ziyarət edib

12 dekabr 2014-cü il tarixində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə ATİB İdarə heyəti sədri Cemal Yangının rəhbərliyi altında ATİB İdarə Heyəti, ATİB üzvləri və  ATİB katibliyi Fəxri Xiyabanda Ümumilli Liderin məzarını ziyarət edib. Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. ATİB Heyəti sonra akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

ATİB sədri “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” fotosərgisinin açılışında iştirak edib

Dekabrın 11-də Bakıdakı Muzey Mərkəzində Türkiyənin Anadolu Agentliyinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) arxivlərində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı qorunub saxlanılan fotoşəkillərdən ibarət "Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” adlı fotosərgi açılıb.

 

Sərgidə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın və sədr müavini Mehmet Sami Acarözmen iştirak edib.

Ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr edilən sərgi Anadolu Agentliyinin və AzərTAc-ın təşkilatçılığı, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun Azərbaycan Türkiyə İşadamları Birliyinin koordinatoru olduğu Anadolu Universitetində Azərbaycandan distant təhsil alan bir qrup tələbə ilə görüşüb

Dekabrın 10-da Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun Azərbaycan Türkiyə İşadamları Birliyinin koordinatoru olduğu Anadolu Universitetində Azərbaycandan distant təhsil alan bir qrup tələbə ilə görüşüb. Görüşdə ATİB İdarə Heyətinin sədri Cemal Yangın da iştirak edib.

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Dekabrın 10-da Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin məqsədi ATİB-in dəstəyi ilə universitet tələbələrinin yüksək ixtisaslı peşəkar kadr kimi yetişməsinə şərait yaratmaqdır.

Tədbirdə ATİB Üzvləri, İş Adamları, Türkiyənin Azərbaycandakı səfirliyinin müşavirləri və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

ATİB ilə Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

9 dekabr 2014-cü ildə Bakıda Caspian European Club-un təşkilatçılığı və maliyyə naziri Samir Şərifovun iştirakı ilə biznes-forum keçirilib.

Forumda Azərbaycanın 2015-ci il üçün büdcə siyasəti, neftin qiymətinin kəskin düşməsinin büdcəyə təsiri, Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsi məsələləri müzakirə olunub

Bakıda filosof alim Bakuvinin xatirəsi yad olunub

5 dekabr 2014-cü ildə Bakıda Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusu olan Seyid Yəhya Bakuvinin xatirəsi yad olunub.

Türkiyə Nazirlər Kabineti Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığının (TİKA) və Beynəlxalq İnkişaf və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumda Bakuvinin keçdiyi həyat yoluna, onun ədəbi irsinə nəzər salınıb. Çıxışçılar dahi filosofu "Azərbaycandan dünyaya doğan günəş" adlandırıblar.

ATİB İdarə Heyətinin üzvü "Paşa Həyat Sığorta" ASC-nin dəstəyi ilə "Təbrizin sehirli nağılları" kitabının təqdimat mərasimində iştirak edib

5 dekabr 2014-cü ildə ATİB İdarə Heyətinin üzvü "Paşa Həyat Sığorta" ASC-nin dəstəyi ilə "Təbrizin sehirli nağılları" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və başqaları iştirak edib.

Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

ATİB sədri “Türkiyədə İnvestisiya İnvestisiya Mühiti, Təşviq Sistemi Və Yatırım İmkanları ” adlı tədbirdə iştirak edib

5 dekabr 2014-cü ildə Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan "Türkiyədə İnvestisiya İnvestisiya Mühiti, Təşviq Sistemi Və Yatırım İmkanları ” adlı Türkiyəyə investisiya qoymaq marağı olan beynəlxalq investorlara texniki səviyyədə investisiyan mühiti, təşviq sistemi və investisiya imkanları haqqında birbaşa məlumat vermək məqsədilə toplantı təşkil olunub.

Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın da iştirak edib.

Bilkent Cyberpark nümayəndələrindən ibarət olan iş adamları ATİB ofisini ziyarət etdilər

4 dekabr 2014-cü ildə Bilkent Cyberpark nümayəndələrindən ibarət olan iş adamları ATİB ofisini ziyarət etdilər. Qonaqları ATİB İdarə Heyətinin  sədri Cemal Yangın və İdarə heyəti sədrinin müavini Mehmet Sami Acarözmen qəbul etdi. Qonaqlar ölkəmizə investisiya yatırmaq məqsədi ilə gəldiklərini və Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə görüşüb əməkdaşlıq etmək niyyətində olduqlarını ifadə ediblər.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ATİB ofisində olub

4 dekabr 2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində İdarə Heyətinin sədri Cemal Yangın Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqafur Büyükfırat ilə görüşü olmuşdur. Görüşdə İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen, İdarə Heyətinin üzvü Aydın Məmmədov  iştirak etmişdir.

Görüşdə Türkiyə-Azərbaycan dostluğu, iki ölkə arasında əlaqələr və qarşılıqlı münasibətlər müzakirə olunub. Cemal Yangın əməkdaşlıq üçün təşəkkür edərək, ATİB-in son fəaliyyəti barədə məlumat verib. O, Türkiyə Səfirliyinin hər zaman ATİB-ə xüsusi diqqət ayırdığını vurğulayıb və bundan sonra da əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu bildirib.

Görüş əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrlə davam etdirilib.