Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşık Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət etdi

2 dekabr 2014-cü ildə Azərbaycanda səfərdə olan Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət etdi.

Cənab naziri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın və digər iş adamları müşayiət edirdi.

ATİB sədri “Tekfen İnşaat və Təsisat” A.Ş-nin tədbirində iştirak etdi

2 dekabr 2014-cü ildə ATİB üzvü olan "Tekfen İnşaat və Təsisat” A.Ş Layihələndirmə və İnşaatını davam etməkdə olan Bakı Olimöiya Stadionu layihəsinin 20-ci sayında 170.000.000 qəzasız adam saatına nail olaraq, layihənin 93% tamamlanmasının sevinci ilə birlikdə Tekfen Davamlılıq mükafatlarının da təqdim olunma mərasimini keçirdi.

Mərasimdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

ATİB tərəfindən Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB ) yazarlarına şam yeməyi təşkil edildi

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB ) yazarları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB)  təşkilatçılığı ilə Bakıda növbəti görüşləri keçirildi.

28 noyabr 2014-cü ildə ATİB tərəfindən Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB ) yazarlarına şam yeməyi təşkil edildi. Qonaqları salamlayan ATİB İdarə Heyətinin sədr müavini Mehmet Sami Acarözmen təşkilat haqqında ümumi məlumat verdi.

ATİB üzvləri səhər yeməyinə toplaşdılar

30 noyabr 2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) üzvləri artıq ənənə formasına düşmüş səhər yeməyində toplaşdılar. Müasir iş dünyasında formalaşmış yenilikləri Azərbaycana gətirən ATİB bu ənənə ilə üzvləri arasında işgüzar münasibətlərin qurulmasını və üzv şirkətlərin bir-birini daha yaxından tanımasında vasitəçilik etməyi nəzərdə tutur.

Türkiyənin mədəniyyət günləri həftəsi tədbirləri sırasında “Əl sənətləri” və “Türkiyədən Rənglər” foto-sərgilərinin açılışı olub

24 noyabr 2014-cü ildə Muzey Mərkəzində Türkiyənin mədəniyyət günləri həftəsi tədbirləri sırasında "Əl sənətləri” və "Türkiyədən Rənglər” foto-sərgilərinin açılışı olub.

Sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.

ATİB sədri Avstriya 4-cü Dünya Davamlı Enerji Forumunda iştirak edib

20 - 22 Noyabr 2014-cü il tarixlərində DEİK -DTİK İş Konseyinin Avropa, Asiya - Pasifik, Avrasiya bölgələrinin dəstək verdiyi Avstriya 4-cü Dünya Davamlı Enerji Forumu keçirildi. 3 günluk forumda ikitərəfli görüşlər keçirilib.

Forumda Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın iştirak etdi.

Bakıda Şimali Kiprin elanının 31 illiyi qeyd edildi

19 noyabr 2014-cü ildə Şimali Kipr Türk Respublikasının elan edilməsinin 31-ci ildönümü münasibətilə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyi rəsmi qəbul təşkil edib. Bayram tədbirində millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin üzvləri və digər ATİB Üzvləri iştirak ediblər.