BAKININ İŞĞALDAN AZAD EDİLMƏSİ MÜNASİBƏTİLƏ ÇƏLƏNGQOYMA MƏRASİMİ KEÇİRİLİB

15 sentyabr 2014-cü ildə Bakının Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu tərəfindən qurtuluşunun 96-cı ildönümü münasibəti ilə tədbir keçirilib.

Mərasimdə ATİB-i İdarə Heyəti Sədrinin müavini Mehmet Sami Acarözmenin başçılıq etdiyi nümayəndə heyəti iştirak etdilər.

Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının himnləri səsləndikdən sonra, tədbir məzarların üzərinə gül qoyma ilə başa çatıb.

Daha sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanında azərbaycanlı şəhidlərin məzarını ziyarət edib, Əbədi Məşəl Kompleksi önünə əklil qoyublar.

ATİB İdarə Heyətinin sədri cənab Cemal Yangın Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğanla görüşdü

Son 12 ildə Türkiyədə bütün sahələrdə, xüsusilə də iqtisadiyyat sahəsində baş verən müsbət dəyişiklikləri və aparılan islahatları daim diqqətlə izləyən və bu uğurların bütün dünyada tandıdılmasına töhfə verən Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) xalq tərəfindən seçilən ilk prezident olan cənab Rəcəb Tayyip Ərdoğana və onun yeritdiyi inkişaf kursuna daim dəstək vermişdir. ATİB İdarə Heyətinin sədri cənab Cemal Yangın ilk rəsmi xarici səfərini Şimal Kipr Türk Cümhuriyyətindən sonra Azərbaycana edən Türkiyə prezidenti cənab  Rəcəb Tayyip Ərdoğanla onun qaldığı oteldə görüşdü və onu xalq tərəfindən seçilən ilk prezident olması münasibətilə təbrik etdi.

Türkiyənin Azərbaycandakı səfirliyində "Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü" münasibətilə rəsmi qəbul təşkil edilib.

Avqustun 29-da Türkiyənin Azərbaycandakı səfirliyində "Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü” münasibətilə rəsmi qəbul təşkil edilib.
Tədbirdə səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət adamlari, ATİB İdarə Heyətinin Sədr müavini Mehmet  Sami Acarözmenin başçılıq etdiyi nümayəndə heyeti, xarici ölkələrin Bakıdakı səfirləri və media təmsilçiləri iştirak ediblər.
 

ATİB sədri üzvləri ziyarət etdi

Avqustun 15-də ATİB sədri Cemal Yangın və İdarə Heyətinin üzvləri Oktay Vayiç, Vahdettin Keleş ATİB üzvü olan "Delta Group” MMC, "Azəridizayn-2003” MMC şirkətlərini ziyarət ediblər.

BAŞIMIZ SAĞOLSUN!!!

Vətən uğrunda şəhid olmuş əsgərlərimizin ailələrinə və xalqımıza dərin hüznlə başsağlığı verir, ALLAHdan səbr arzulayırıq. Allah rəhmət eləsin!

ATİB sədri BSC Group-un təşkilatçılığı ilə TenCate Geosynthetics-in (Avstriya) tanıtım seminarında iştirak edib

24 iyun 2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın ATİB üzvü olan BSC Group-un təşkilatçılığı ilə Avstriyanın 300 illik TenCate Geosynthetics şirkətinin Azərbaycan tanıtım seminarında iştirak edib. TenCate şirkəti BSC Group-un nəzdində olan "EVİM İZOLASYON MÜHƏNDİSLİK İNŞAAT” MMC ilə distribyutorluq müqaviləsi imzaladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən iri tikinti şirkətlərinin maraq dairəsinə düşüb. Bu baxımdan tanıtım seminarında iri tikinti şirkətlərinin rəhbərləri və həmçinin bəzi dövlət orqanlarının nümayəndələri iştirak edib.