TƏDQİQAT FƏALİYYƏTİ


ATİB-in müntəzəm olaraq hazırladığı və çap etdiyi tədqiqatların ümumi məqsədi Azərbaycan iqtisadiyyatının və onun ayrı-ayrı sektorlarının müasir vəziyyətinin təhlili, strateji önəminin üzə çıxarılması, iqtisadi inkişaf qarşısında duran problemlərin həll edilməsi üçün tövsiyələrin hazırlanaraq hökumətə, beynəlxalq və regional təşkilatlara, ictimai birliklərə, korporasiyalara, akademik dairələrə, mediaya təqdim edilməsidir. ATİB bugünə qədər səhiyyə sektoru, azad rəqabət, maliyyə sektoru (krizisdən sonrakı vəziyyət), təhsil sektoru, turizm sektoru, aqrar-sənaye sektoru və Azərbaycan–Türkiyə iqtisadi əlaqələri ilə bağlı hesabatları hazırlayıb ictimaiyyətə təqdim edib.