TÜRKİYƏ-AZƏRBAYCAN-RUSİYA (TAR)


Azərbaycan Türkiyə İş Adamları Birliyi Türkiyə və Rusiyanın hər iksinə qonşu olan və hər iki ölkə ilə siyasi, iqtisadi, sosial, və mədəni sahələrdə geniş əlaqələrə malik olan Azərbaycanda birgə layihə həyata keçirə biləcəyini düşünərək Türkiyə-Azərbaycan- Rusiya əlaqələri (TAR) haqqında Konsepsiyasını irəli sürmüşdür. Konsepsiya Türkiyə, Azərbaycan və Rusiya arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. O, həmçinin, Türkiyə və Rusiyadan informasiya texnologiyalarının transferi yolu ilə Azərbaycanda iqtisadi dəyəri olan böyük layihələrin həyata keçirilməsini nəzərdə tutur. Türkiyənin Avropa İttifaqına girmək üçün sərf etdiyi intensiv cəhdlər və bu cəhdlər nəticəsində əldə etdiyi təcrübələrdən istifadə edərək, Türkiyənin və Rusiyanın təşəbbüsü, Azərbaycanın fəal iştirakı ilə yeni bir regional əməkdaşlığın formalaşdırılması qarşıya məqsəd qoyulur.