ÜZVLƏRƏ XİDMƏTLƏR


Azərbaycan Türkiyə İş Adamları Birliyinin üzvlərinə göstərdiyi xidmətlərin yalnız bir hissəsini əks etdirən siyahısını diqqətinizə təqdim edirik:

* Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üçün dövlət orqanları və ATİB üzvləri arasında körpü rolu həyata keçirilir.
* "Təqvim" bülleteni vasitəsilə hər iş günü üzvlər mediada əks edilən əsas xəbərlərlə tanış olurlar.
* Gündəlik olaraq tenderlər barəsində üzvlər məlumatlandırılır.
* Həftəlik olaraq çıxan "Kompas" bülletenində Azərbaycan, Türkiyə və dünya iqtisadiyyatında əsas proseslər və hadisələr barədə məlumat verilir.
* İldə 4 dəfə nəşr edilən "EcoVision" jurnalında üzvlərə müxtəlif imkanlar təqdim edilir.
* Rüblük olaraq nəşr edilən "Hüquqi İcmal" vasitəsilə üzvlər qanunvericilikdə biznesə təsir edən əlavə və dəyişikliklər barədə məlumatlandırılır.
* "İqtisadi Monitorinq" rüblük hesabatında Azərbaycanın cari makroiqtisadi vəziyyəti təhlil edilir.
* ATİB peşəkar eskpertləri cəlb etməklə sektorlar üzrə iqtisadi tədqiqatların həyata keçirilməsini təmin edir.
* ATİB ofisində təqdimat, seminar və treyninqlərin keçirilməsi xidmətini həyata keçirir.
* ATİB üzvləri haqqında məlumatların təşkilatın internet səhifəsində yerləşdirilməsi imkanını yaradır.
* Üzvlər üçün müxtəlif dövlət orqanları təmsilçilərinin iştirak etdiyi açıq və qapalı toplantılar keçirilir.
* Üzvlər arasında əlaqələrin gücləndirilməsi üçün mütəmadi olaraq səhər yeməkləri və axşam ziyafətləri təşkil edilir.
* Üzvlərinə ictimaiyyətlə və media ilə əlaqələr üzrə dəstək xidməti göstərilir.