Azərbaycan və Türkiyə arasında sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı məsələləri ilə əlaqədar fikir mübadilələri aparılıb

Martın 6-da Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev və Mətin Kərimli ilə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata arasında tanışlıq görüşü olub. Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı İsmayıl Haqverdiyev və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Camal Yanğın da iştirak edib.