SA Organization ATİB ofisində tədbir keçirdi

Bildiyimiz kimi, iyun ayının 6, 7, 8-i SA Organization-un təçkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyi və Azərbaycan Türk İş Adamları Birliyininin dəstəyi ilə Türkiyənin dünyada məşhur rəqs qrupu Anadolu Ateşi "The Best of Anadolu Ateşi" adlı konsert proqramı ilə Heydər Əliyev Sarayında yenidən səhnə alacaq. Bununla əlaqədar olaraq SA Organization duyarlı bir addım ataraq fiziki qüsurlu insanları və bir neçə məktəbin əlaçı şagirdlərini konsertə dəvət etmək və onların cəmiyyətə necə yararlı vətəndaş olduqlarını göstərmək üçün Azərbaycan Türk İş Adamları Birliyininin (ATİB) akt zalında tədbir təşkil etdi.

PERYÖN heyəti ATİB ofisini ziyarət etdi

23 may 2014-cü ildə Türkiye İnsan Yönetimi Derneğinin (PERYÖN) baş katibi Özlem Helvacı Kılıç və danışmanı  Dr. Özlen Doğan Azərbacan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisini ziyarət etdi. Qonaqları ATİB İdarə Heyəti sədrinin müavinləri Mehmet Sami Acarözmen və Rəşad Rəsullu qəbul etdilər.