Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan ATİB ofisində qonaq oldu

15 dekabr 2014-cü ildə Azərbaycanda səfərdə olan Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan ATİB ofisində qonaq oldu.

Görüşdə İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen, İdarə Heyətinin üzvü Aydın Məmmədov və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru cənab Azər Hətəmov iştirak edirdilər.

Qonağı salamlayan Cemal Yangın ATİB və fəaliyyətləri haqqında geniş məlumat verdi.

Anadolu Universiteti ”Azərbaycan Programları” tələbələrinə tələbə biletləri təqdim edildi

15 dekabr 2014-cü il tarixində Türkiyənin Anadolu Dövlət Universitetinin qəbul imtahanlarında müvəffəqiyyət qazanaraq Universitetin tələbəsi olmağa layiq olan gənclərə tələbə biletlərinin təqdimetmə mərasimi keçirilirdi.

Gəncləri və onların valideynlərini təbrik etmək üçün təşkil olunmuş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Anadolu Dövlət Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan, Azərbaycan-Türkiyə İşadamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangın, Anadolu Dövlət Universiteti "Azerbaycan Proqramları" koordinatoru Azər Hətəmov, Səfirliyin Təhsil Müşaviri Abdulqafur Büyükfırat, Türkiyə səfirliyinin digər müşavirləri, həmçinin qonaqlar, valideynlər, tələbələr də iştirak edirdilər.