Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ATİB üzvləri ilə görüşdülər

24 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayevin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadənin Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri ilə görüşü keçirildi. Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin Əmək və Sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata da iştirak edib.

Millət vəkili Qənirə Paşayeva və Türkiyə KİV nümayəndələri ATİB ofisində oldular

24 dekabr 2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB)  ofisində Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizdə səfərdə olan GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetəçilər Birliyinin rəhbərinin müavini Durdu Mehmet Taş, Kanal 35TV Yayın Yönetmeni halit Tunç, Beyaz tv "Dinamıt” proqramının aparıcısı və müəllifi Latif Şimşek qonaq olub. Qonaqları ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Aydın Məmmədov və İdarə Heyətinin üzvü Rafiq Qarayev qəbul edib.