Xocalı faciəsi hər kəsin yaddaşında daim yaşayacaq

Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.

Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!