ATİB İdarə heyətinin tərkibinə dəyişiklik edildi

28 fevral 2015-ci ildə Park İnn otelindəAzərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağının növbəti iclası keçirildi.

Ümumi Yığıncaqda çıxış edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkun, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, Millət vəkili, iqtisad elmlər doktoru Ziyad Səmədzadə, Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva, İqtisadiyyat ve sənaye nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Azərbaycan Dövlət İqtisad Universiteti rektorun müşaviri Elşən Bağırzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin elm və texnika işləri üzrə prorektoru Arif Şərifov, Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə Direktoru Əlövsət Əmirbəyli, DEİK/DTİK Avrasiya Bölgə Komitəsi Sədri Ali Galip Savaşır, Rus-Türk İşadamları Birliyinin (RTİB) İdarə Heyətinin sədri Naki Karaaslan ATİB haqqında öz dəyərli fikirlərini bildirdilər.