ATİB-in yeni İdarə Heyətinin ilk iclası keçirildi

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 28 fevral 2015-ci ildə keçirilmiş Ümumi Yığıncağında seçilmiş İdarə Heyətinin 2 Mart 2015-ci ildə ilk iclası keçirildi.

İclasdan əvvəl İdarə Heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları üstünə tər çiçəklər düzülmüşdür.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkunİdarə Heyətinin yeni tərkibini qəbul edib

2 Mart 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin yeni tərkibini Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkun tərəfindən qəbul edilmişdir.

Qəbul üçün təşəkkür edən ATİB İdarə Heyətinin sədri Cemal Yangın hər zaman səfriliyin dəstəyini hiss etdiklərini bildirib: "Sizə və Türkiyə Respublikası səfirliyinin dəyərli əməkdaşlarına ATİB-in Ümumi Yığıncağında iştirakınıza görə təşəkkür edirik. ATİB olaraq bundan sonra da iki qardaş ölkənin maraqları naminə çalışacağımızdan əmin olmanızı istəyirik”.