“Çanaqqala döyüşü Türkiyə və Azərbaycanın ortaq tarixidir”

18 mart Çanaqqala döyüşünün ildönümüdür. Qardaş Türkiyə xalqının şanlı tarixi anlarından biri olan bu döyüş Birinci Dünya Müharibəsi zamanında 1915-1916-cı illər arasında Osmanlı İmperatorluğu ilə İttifaq Dövlətləri arasında baş verib.   İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu almaq və boğazların idarəsini ələ keçirmək məqsədi güdürdü. Bunun üçün 1915-ci il fevral ayından başayaraq İttifaq Dövlətləri Çanaqqala istiqamətində hücum əməliyyatlarına başladılar. Ən böyük hücum isə martın 18-də baş verdi, amma aylarla davam edən hərbi əməliyyatlar nəticəsində düşmən məqsədinə nail ola bilmədi.

Türkiyə Cümhuriyyəti elan edildikdən sonra 18 mart tarixi Çanaqqala döyüşü şəhidlərinin Anma günü elan olunub.

Çanaqqala şəhidləri Azərbaycanda da daim xatırlanır. Qardaş ölkənin vətəni qorumaq üçün mübarizəsi təkrarolunmaz qəhrəmanlıq örnəyidir.

ÇANAQQALA ŞƏHİDLƏRİNİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR BAKIDAKI TÜRK ŞƏHİDLİYİNDƏ MƏRASİM KEÇİRİLDİ

18 mart 2015-ci ildə Çanaqqala şəhidlərinin anım günü ilə əlaqədar Bakıdakı Türk Şəhidliyində mərasim təşkil edildi.

Əklil qoyma mərasimində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB)  İdarə Heyəti sədrinin müavini Cem Becel, ATİB İdarə heyəti üzvləri Kaya Karslı,  Aydın Məmmədov, Rafiq Qarayev və ATİB Katibliyi nümayəndələri iştirak etdilər.

Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının himnləri səsləndikdən sonra, tədbir iştirakçıları Türk şəhidlərinin məzarlarını ziyarət edib, abidə kompleksinə çələng qoyublar. Daha sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanında azərbaycanlı şəhidlərin məzarını ziyarət edib, Əbədi Məşəl Kompleksi önünə əklil qoyublar.