ATİB nümayəndə heyəti ATİB üzvü olan C - Group MMC şirkəti Türkiyənin öndə gedən mebel istehsalatçılarından biri olan "SANDALYECI" A.Ş - nin Azərbaycanda distributoru olan satış mağazasının açılış mərasimində iştirak edib.

İndiyə qədər Türkiyə xaricində açılan bütün "show-room"lar Sandalyeci sahiblərinin özünəməxsus olduğu halda, Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərən "C-Group" şirkəti brendin rəsmi nümayəndəliyinin açılmasına nail oldu. "C-Group" şirkəti fəaliyyət göstərdiyi zaman ərzində Azərbaycanın ən uğurlu turizm şirkətlərindən birinə çevrilib. "Ramada Baku Hotel", "Ramada Plaza Gence", "Shah Palace Hotel", "Sheki Palace Hotel", "Manqal" və "Khanedan" restoranları, "İstanbul Meyhaneci" və digər iaşə obyektlərinə sahib olan "C-Group" şirkəti fəaliyyətini Azərbaycanın turizm sektorunun inkişafına yönəldib və bu sahədə öz peşəkar sözünü deməyə müvəffəq olub. 2015-ci ildə ərsəyə gətirəcəyi iki böyük layihədən biri "Sandalyeci" mebel mağazası və İyundan etibarən istifadəyə veriləcək "Mambo Beach Club"dur.