ATİB sədri “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” fotosərgisinin açılışında iştirak edib


Dekabrın 11-də Bakıdakı Muzey Mərkəzində Türkiyənin Anadolu Agentliyinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) arxivlərində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı qorunub saxlanılan fotoşəkillərdən ibarət "Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” adlı fotosərgi açılıb.

 

Sərgidə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın və sədr müavini Mehmet Sami Acarözmen iştirak edib.

Ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr edilən sərgi Anadolu Agentliyinin və AzərTAc-ın təşkilatçılığı, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sərginin açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ümummilli lider Heydər Əliyevə həsr olunmuş belə bir sərgidə iştirak etməkdən məmnun olduğunu söyləyib.

Şöbə müdiri deyib ki, artıq 11 ildir ümummilli lider Heydər Əliyev aramızda yoxdur, lakin onun nurlu xatirəsi Azərbaycan xalqının, onu tanıyan Türkiyə, eləcə də digər ölkələrin vətəndaşlarının qəlbində yaşamaqdadır. Ümummilli Liderin ideyaları, həyata keçirdiyi siyasət, yorulmaz fəaliyyəti onun nurlu xatirəsini insanların qəlbində əbədi edən əsas dəyərlərdir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev xalqımızın, dövlətimizin tarixində özünə əbədi yer tutub.

Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas deyib ki, unudulmaz lider Heydər Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlət müstəqilliyini qoruyub saxladı və qısa bir zamanda böyük inkişaf yolu keçərək bölgədə söz və güc sahibinə çevrildi. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur duyduğu nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev mənsub olduğu xalqın qəlbində əbədi sevgi qazanıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı öz böyük oğlunun xatirəsini daim hörmət və ehtiramla yad edir.

TRT televiziya kanalının baş direktoru Şenol Göka ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını hər dəfə eşidəndə qürur hissi keçirdiyini söyləyib. O deyib ki, Ulu Öndərin bu ölməz kəlamı indi də öz aktuallığı ilə diqqəti cəlb edir. Xalqlarımız, dövlətlərimiz daim bir yerdə, bir-birinin yanındadır.

AzərTAc-ın baş direktoru Aslan Aslanov çıxış edərək bildirib ki, sərgidə dahi şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolunun, zəngin dövlətçilik fəaliyyətinin çox maraqlı anları əksini tapıb. Bu fotoşəkillər iki qardaş ölkənin – Azərbaycanın və Türkiyənin milli informasiya agentliklərinin arxivlərində çox qiymətli sərvət kimi qorunub saxlanılır.

Anadolu Agentliyinin baş direktorunun müavini Əbubəkr Şahin Azərbaycanda olduğu kimi, Türkiyədə də ümummilli lider Heydər Əliyevə böyük sevgi və hörmət bəslənildiyini söyləyib. O, qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında Heydər Əliyevin mühüm xidmətləri olduğunu diqqətə çatdırıb.

Sonra mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin həyatının ən maraqlı anlarının əks olunduğu fotolardan ibarət sərgi ilə tanış olublar.

 

ATİB sədri “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” fotosərgisinin açılışında iştirak edib

 

ATİB sədri “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” fotosərgisinin açılışında iştirak edib

 

ATİB sədri “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” fotosərgisinin açılışında iştirak edib

 

ATİB sədri “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” fotosərgisinin açılışında iştirak edib

 

ATİB sədri “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” fotosərgisinin açılışında iştirak edib