Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan ATİB ofisində qonaq oldu

15 dekabr 2014-cü ildə Azərbaycanda səfərdə olan Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan ATİB ofisində qonaq oldu.

Görüşdə İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen, İdarə Heyətinin üzvü Aydın Məmmədov və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru cənab Azər Hətəmov iştirak edirdilər.

Qonağı salamlayan Cemal Yangın ATİB və fəaliyyətləri haqqında geniş məlumat verdi.

Öz növbəsində Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan görüş üçün təşəkkür edərək bildirdi ki, Anadolu Universiteti hazırda tək Türkiyənin deyil, dünyanın ən böyük universitetlərindən biridir.

Rektor qeyd etdi ki, hazırkı ciddi rəqabət şəraitində Anadolu Universiteti malik olduğu üstünlükləri reallaşdırmaq üçün artıq ölkə xaricində də fəaliyyətə önəm verməkdədir və məhz bu məqsədlə Azərbaycana səfər edərək mümkün əməkdaşlıq sahələrini tədqiq etmək qərarına gəlmişlər: "Bu baxımdan, ATİB-lə ilə başladığımız əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik".

Daha sonra görüş iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi oldu və tərəflər mümkün əməkdaşlıq sahələrini müəyyən etdilər.