ATİB İdarə heyətinin tərkibinə dəyişiklik edildi

28 fevral 2015-ci ildə Park İnn otelindəAzərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağının növbəti iclası keçirildi.

Ümumi Yığıncaqda çıxış edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkun, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, Millət vəkili, iqtisad elmlər doktoru Ziyad Səmədzadə, Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva, İqtisadiyyat ve sənaye nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Azərbaycan Dövlət İqtisad Universiteti rektorun müşaviri Elşən Bağırzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin elm və texnika işləri üzrə prorektoru Arif Şərifov, Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə Direktoru Əlövsət Əmirbəyli, DEİK/DTİK Avrasiya Bölgə Komitəsi Sədri Ali Galip Savaşır, Rus-Türk İşadamları Birliyinin (RTİB) İdarə Heyətinin sədri Naki Karaaslan ATİB haqqında öz dəyərli fikirlərini bildirdilər. 

Prosedura uyğun olaraq Ümumi Yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və katiblər seçildi, həmçinin iclasın gündəliyi təsdiq edildi.

Gündəliyə uyğun olaraq əvvəlcə ATİB İdarə Heyətinin 2014-ci il üzrə hesabatı iclas iştirakçılarına təqdim edildi. Daha sonra Təftiş Komissiyasının 2014-ci il üzrə fəaliyyəti barədə hesabat, Komissiya tərəfindən təqdim edilmiş rəyə əsasən Birliyin 2014-ci il üzrə illik balansı və maliyyə hesabatları iclas iştirakçıları tərəfindən təsdiqləndi.

İclas zamanı Birliyin Nizamnaməsinə əsasən İdarə Heyətinin tərkibi, Ehtiyat üzvləri və İdarə Heyətinin sədri seçilməsi məsələsinə baxıldı və aşağıdakı qərarlar qəbul edildi:

Ad və soyad

Şirkətin adı

Vəzifə

          1.

Cemal Yangın

İstanbul Çarşı İmport Export Ltd.

İdarə Heyətinin sədri

          2.     

Cem Becel

"Azərbaycan Koka Kola Bottlers Ltd” MMC

İdarə Heyəti sədrinin müavini

         3.

Mürsəl Rüstəmov

"PAŞA Həyat Sığorta” ASC

İdarə Heyəti sədrinin müavini

         4.

Oktay Vayiç

Network Global Logistics MMC

İdarə Heyətinin üzvü

         5. 

Aydın Məmmədov

Peqasus MMC (Aramex)

İdarə Heyətinin üzvü

         6.

İsmail Şahin Bürhan

Borusan MAKİNA Servis ve Ticaret A.S.

İdarə Heyətinin üzvü

         7.

Rafiq Qarayev

"RR Group of Companies" MMC

İdarə Heyətinin üzvü

         8.

Ali Gümüş

Az-Türk Pen MMC

İdarə Heyətinin üzvü

        9.      

Fariz Əmirov

Biləv İnşaat

İdarə Heyətinin üzvü

      10.

Rəşad Rəsullu

Ata Holdinq ASC

İdarə Heyətinin üzvü

11. 

Kaya Karslı

"İstanbul Reklam Market” MMC

İdarə Heyətinin üzvü

İclas iştirakçıları həmçinin ATİB-in 2015-ci il üçün ştat cədvəli və büdcəsini təsdiq etdilər.