Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkunİdarə Heyətinin yeni tərkibini qəbul edib

2 Mart 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin yeni tərkibini Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkun tərəfindən qəbul edilmişdir.

Qəbul üçün təşəkkür edən ATİB İdarə Heyətinin sədri Cemal Yangın hər zaman səfriliyin dəstəyini hiss etdiklərini bildirib: "Sizə və Türkiyə Respublikası səfirliyinin dəyərli əməkdaşlarına ATİB-in Ümumi Yığıncağında iştirakınıza görə təşəkkür edirik. ATİB olaraq bundan sonra da iki qardaş ölkənin maraqları naminə çalışacağımızdan əmin olmanızı istəyirik”.

Türkiyənin səfiri cənab Alper Coşkun öz növbəsində qeyd edib ki, ATİB Azərbaycanın iş adamları təşkilatları sırasında özünəməxsus yer tutur: "Əminəm ki, siz bundan öncə olduğu kimi, bundan sonra da işlərinizi uğurla davam etdirəcəksiniz. Biz ATİB-dən yeni layihələr və yeni uğurlar gözləyirik”.

Daha sonra görüş qarşılıqlı müzakirələrlə davam edib.

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin müvafiq təmsilçiləri də iştirak ediblər.