ATİB-in yeni İdarə Heyətinin ilk iclası keçirildi

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 28 fevral 2015-ci ildə keçirilmiş Ümumi Yığıncağında seçilmiş İdarə Heyətinin 2 Mart 2015-ci ildə ilk iclası keçirildi.

İclasdan əvvəl İdarə Heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları üstünə tər çiçəklər düzülmüşdür.

Nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzmüşdür.

Daha sonra İdarə Heyəti ATİB ofisində Cemal Yangının sədrliyi İdarə Heyətinin iclasını keçirdilər. İclasda İdarə Heyəti üzvləri arasında vəzifə bölgüsü həyata keçirildi. İdarə Heyətinin yekdilliklə aldığı qərara əsasən, İdarə Heyəti üzvləri Mürsəl Rüstəmov və Cem Becel İdarə Heyəti sədrinin müavinləri təyin edildilər.

Daha sonra İdarə Heyəti fevral ayı üçün fəaliyyət planını müzakirə edərək və müvafiq qərarlar qəbul etdi.