ATIB Idarə Heyətinin üzvü Ali Gümüş Avropa İttifaqı ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin birgə təşkil etdiyi layihənin bağlanış mərasimində iştirak edib

6 Mart 2015-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin birgə təşkil etdiyi "Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin professional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin üzvü Ali Gümüşün başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidmət müşaviri Pərviz Musayev bildirib ki, xidmətin təşəbbüsü ilə Avropa Komissiyasına təqdim edilmiş 1,050 mln. avroluq Tvinninq layihəsi üzrə müvafiq tədbirlərin icrası 2013-cü ilin yanvar ayından başlayıb və bu günədək davam edib.

Ötən dövr ərzində Avropa İttifaqına üzv olan Niderland Krallığı, Latviya və Ruminiyanın miqrasiya sahəsində fəaliyyət göstərən aidiyyəti qurumları ilə 4 komponent üzrə birgə 53 tədbir həyata keçirilib. Bura təlimlər, seminarlar, təlim səfərləri, rüblük rəhbər görüşləri və digər tədbirlər aiddir. 

Tədbirdə Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru Rodia Maas, Latviyanın Vətəndaşlıq və miqrasiya məsələləri idarəsinin rəis müavini Janis Citskovskis, Rumınyanın İmmiqirasiya üzrə Baş Müfəttişliyinin idarə rəisi Oktavian Predesku, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Miquel Marko Qomez və digər qonaqlar iştirak ediblər.