ATİB İdarə heyəti III Beynəlxalq “Caspian Energy Forum–2015”-də iştirak edib

11 Mart 2015-ci ildə Bakıda III Beynəlxalq "Caspian Energy Forum–2015” keçirilib. Forum Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Caspian European Club-un dəstəyi ilə baş tutub.

Forumda Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, Sədr müavini Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvü Rafiq Qarayev iştirak edib. ATİB sədri forumda çıxış edərək ATİB-in fəaliyyəti barədə geniş məlumat verib.

"Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev ATİB sədrinə sertifkat təqdim edib.

Forumda çıxış edən "Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev tədbirin keçirilməsində əsas məqsədin biznes-dövlət ünsiyyətinin yaradılması olduğunu deyib. "Bundan əvvəlki iki forum Bakıda təşkil olunmuşdu. Belə forumlar dünyanın 50 ölkəsində keçiriləcək. Ümid edirik ki, bu forum da uğurlu olacaq”, - deyə T.Əliyev bildirib.

"Caspian Energy” jurnalının 100-cü buraxılışının 2016-cı ildə işıq üzü görəcəyini deyən "Caspian European Club”un baş icraçı direktoru bu münasibətlə dövlət səviyyəli beynəlxalq tədbirin təşkil olunacağını qeyd edib.

Sonra forum öz işini sessiyalarla davam etdirib. Sessiyalar həm mühazirə, həm də diskussiya formasında keçirilib.

Tədbirdə Azərbaycanın, habelə Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, ölkəmizdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak ediblər.