ATİB sədri beynəlxalq çiçəkçilik və şəhərsalma sərgisinin açılış mərasimində çıxış edib

12 Mart 2015-ci ildə Bakıda beynəlxalq çiçəkçilik, peyzaj və şəhərsalma sərgisi işə başlayıb. Türkiyənin "Atılım Fuarcılık" və "ElanExpo" şirkətlərinin əməkdaşlığı ilə keçirilən sərgidə "AfuExpo", "Azeryolservis", Bakı Yaşıllaşdırma, Bakı Abadlıq, Nəbatat Bağı, Azərbaycan Biznesmenlər Assosiasiyası, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Türkiyə səfirliyinin nümayəndələri, icra hakimiyyəti orqanları, mütəxəssislər, dövlət idarə və təşkilatları iştirak edir.

Rəsmi açılış mərasimində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın çıxış edərək sərginin işinə uğurlar arzulayıb.

Rəsmi açılış mərasimindən sonra sərgi artıq ziyarətçilərə açıq elan edilib.

Qeyd edək ki, tədbirdə 12 ölkədən 150 şirkət iştirak edir. Tədbirdə Avropadan və dünyanın dörd bir tərəfindən sektorun qabaqcıl firmaları sırasında Azərbaycandan "By Art", "Kafurpas", "Gardenia", "Abseron Botanik", "Caspian Botanik", "Green Life", Türkiyədən "Hidromak", "Güneri Makine", "Erdemli Makine", "Polight", "As Beton", "Peyart", SASBÜD, SÜSBİR, "Sakarya Botanik", "İstanbul Botanik", İtaliyadan "Arcangeli", "Piante Faro", "Innocenti & Mangoni", Belçikadan "Arbor", "VandePutte", Almaniyadan "Pflanzenhandel Lappen", "Bruns", "Lorberg", Hollandiyadan "Fides & Greneth", İspaniyadan "Ornamental Valencia", Kolombiyadan "Matina Flowers" yer alıb.

Qeyd edək ki, sərgi martın 15-dək davam edəcək.