Mersin Ticaret ve Sanayi Odası ATİB ofisini ziyarət edib


13 Mart 2015-ci ildə  Mersin Ticaret ve Sanayi Odası iş adamlarından ibarət heyət ilə ATİB ofisini ziyarət etdilər.

ATİB ofisində baş tutan görüşü ATİB İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev və Oktay Vayiç salamlamaq nitqi ilə açdı. Onlara ATİB-in fəaliyyəti haqqında qısa məlumat verdi.

Cənab Mürsəl Rüstəmov qeyd etdi ki, bu cür səfərlər Azərbaycan-Türkiyə iqtisadi və biznes əlaqələrinin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bu mənada iş adamlarının üzrərinə böyük işlər düşür.

Görüş zamanı ATİB İdarə Heyətinin üzvü Rafiq Qarayev Azərbaycandakı biznes mühiti, vergi və gömrük sistemi, şirkət qurulması və s. barədə qonaqların suallarını cavablandırdı.

Oktay Vayiç bildirdi ki, iş adamları ölkənin sosial həyatında da yaxından iştirak etməli, problemlərin həllinə qatılmalıdırlar.

Qonaqlar onlara qarşı göstərilən səmimi münasibətə görə təşəkkür edərək özləri haqqında məlumat verdilər.

 

 

Mersin Ticaret ve Sanayi Odası ATİB ofisini ziyarət edib

 

Mersin Ticaret ve Sanayi Odası ATİB ofisini ziyarət edib