ATİB nümayəndə heyəti "Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman" adlı sərginin açılış mərasimində iştirak edib

13 May 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, ATİB İdarə Heyəti və ATİB üzvləri Heydər Əliyev Mərkəzində keçirilən "Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman" adlı sərginin açılış mərasimində iştirak edib. Bakıda ilk dəfə təqdim olunan bu sərgi Türkiyə Respublikasının Mərkəzi Bankı ilə birgə təşkil edilib.

Sərginin açılış mərasimində çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun Heydər Əliyev Mərkəzinin, Türkiyə və Azərbaycan Mərkəzi banklarının rəhbərliyinə, habelə sərgiyə gələnlərə təşəkkürünü bildirib. Səfir diqqətə çatdırıb ki, Türkiyə Mərkəzi Bankı ildə bir dəfə kolleksiyasını ölkədən kənarda nümayiş etdirir. Bakıda belə gözəl məkanda sərginin təşkilindən qürur duyduğunu deyən səfir, Heydər Əliyev Mərkəzinin təkcə Azərbaycanın deyil, dünya memarlığının ən gözəl nümunələrindən biri olduğunu vurğulayıb.
 
Tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu layihənin Heydər Əliyev Mərkəzində reallaşdırılmasının olduqca böyük rəmzi məna daşıdığını bildirib. O, ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın memarı və qurucusu olduğunu vurğulayaraq Ümummilli Liderin "Bir millət, iki dövlət" kəlamının Azərbaycan və Türkiyə dövlətləri arasında strateji əməkdaşlığın başlıca prinsipinə çevrildiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirən Elman Rüstəmov ölkəmizdə çox böyük tədbirlərin həyata keçirildiyindən də söhbət açıb.
 
Sərgidə 28 rəssamın 35 əsəri yer alıb. Sənətsevərlər ekspozisiyada Türkiyənin rəsm sənətinin inkişaf və dəyişmə dinamikasını izləyiblər.

Qeyd edək ki, Türkiyənin Mərkəzi Bankı respublikanın qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə sənət kolleksiyası yaratmağı qərarlaşdırmışdı. 1930-cu illərin ikinci yarısından etibarən formalaşdırılan kolleksiya bu günümüzə qədər Türkiyə rəssamlığının görkəmli nümayəndələrinə aid əsərlərlə zənginləşdirilib.

Kolleksiyadakı əsərlərin sayı artıq 900-ə çatıb və onların əksəriyyəti rəsmlərdən ibarətdir.

2003-cü ildən indiyədək 16 ölkədə kolleksiyadakı əsərlərdən ibarət 18 sərgi təşkil olunub.

Sənət kolleksiyasındakı seçmə əsərlərdən ibarət olan "Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman" sərgisi Heydər Əliyev Mərkəzində iyulun 31-dək davam edəcək.