ATİB nümayəndə heyəti ADİU-da Türkiyə səfirliyinin təşkilatçılığı ilə G20 sammitinə həsr olunan konfransda iştirak edib

14 May 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, ATİB İdarə Heyəti və ATİB üzvləri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "G20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni iqtisadi əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfransda iştirak edib. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfir İsmayıl Alper Coşqun, Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev, Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov və digər qonaqlar iştirak edib.

Konfransda çıxış edən ADİU-nun rektoru Ədalət Muradov qeyd edib ki, Türkiyənin "G20” sammitində sədrlik statusu əldə etməsindən sonra Azərbaycanın "Böyük iyirmilik” tədbirlərində iştirakı xüsusi önəm kəsb edir. Sammit həm regional, həm də beynəlxalq problemlərin həlli üçün vacib tədbirdir. Ə.Muradov bildirib ki, "Böyük iyirmiliyə” daxil olan ölkələrin iqtisadiyyatı dünya ticarətinin təqribən 80 faizini təşkil edir. Məhz, dünya iqtisadiyyatında baş verən problemləri öncədən görmək və qarşıya çıxan təzadları aradan qaldırmaq üçün bu ölkələrinin təklifləri qlobal iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiyanın reallaşdırılması, Azərbaycan Prezindenti İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkəmiz dünya səviyyəsində böyük nəaliyyətlər əldə edib. Bunun bariz sübutu kimi dünya təşkilatlarının son iqtisadi dəyərləndirməsini göstərmək olar.  O, bildirib ki, ölkəmizdə reallaşdırılan qlobal səviyyəli layihələr Azərbaycanın unikal iqtisadi modelə malik ölkə olduğunu səciyyələndirir. Bu cür tədbirlədə iştirak "Böyük iyirmiliyə” daxil olan ölkələrin təcrübəsini öyrənməklə yanaşı, Azərbaycanın özünəməxsus milli iqtisadi inkişaf modelini sammit iştirakçılarının diqqətinə çatdırmaq imkanı əldə edilmişdir.

Səfir İsmayıl Alper Coşqun qeyd edib ki, Azərbaycanın sammitə dəvət edilməsi ölkəmizin Türkiyə ilə əlaqələrin yükəsk səviyyədə olmasının səciyyələndirir.

Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu ölkəsinin pul-kredit siyasətinə diqqət çəkib. O, qeyd edib ki, dünya mərkəzi banklarının qarşısında duran başlıca vəzifə inflyasiya-deflyasiya aspektlərini nəzarətdə saxlamaqdır. İnflyasiya səviyyəsinin tənzimlənən olması üçün başlıca şərt qiymət sabitliyinin təşkili olduğu bildirilib. Məruzəçi Türkiyədəki inflyasiya səviyyəsinin dinamik dəyişkən olduğunu qeyd edərək, bu faktorun sahibkarların fəaliyyəti üçün riskli amil kimi dəyərləndirilib. Mehmet Yörükoğlu bildirib ki, qiymət dəyişkənliyi Mərkəzi Bankların monetar siyasətində öz təsirini göstərir.
 
Bu tədbirdə iştirakın ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev qeyd edib ki, iqtisadi sahədə təkliflərini dinləmək və geniş spektrli fikir mübadiləsi aparmaq faydalı imkandır.

Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov "Qlobal iqtisadi proseslər və Azərbaycan iqtisadiyyatı” mövzusunda çıxış edib.

Daha sonra ADİU-ya dəvət olunan qonaqlar, müəllim və tələbələr tərəfindən iki ölkə arasında birgə əməkdaşlığın genişləndirilməsi, pul-kredit siyasəti, Azərbaycanın G20 sammitindəki imkanları barədə suallar verilib, müzakirə aparılıb.