ATİB İdarə Heyəti Azərbaycan Universitetinin Məzun günündə iştirak edib
27 may 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi
(ATİB) İdarə Heyəti sədrinin müavini Cem Becel və ATİB baş katibi Pərvanə Hacıyeva Azərbaycan Universitetinin 2015-ci il məzunları üçün buraxılış mərasimində iştirak edib.
Mərasimdə Azərbaycan-Türkiyə İş Adamları Birliyi
(ATİB) təhsilin keyfiyyətinin artırılması, təcrübə işinin təşkilində biznes qurumlarının səfərbər edilməsində yaxın əməkdaşlığa görə "Azərbaycan Universitetinin Dostu" mükafatına layiq görülüb. Mükafata görə öz təşəkkürünü bildirən ATİB Sədrinin müavini Cem Becel məzunları təbrik edib.
Mərasim universitetin ictimai həyatında fəallıq nümayiş etdirən
tələbələr ilə yüksək göstəricilərlə məzun olan tələbələrin rəmzi
diplomla mükafatlandırılması ilə davam edib.
Tədbir, rəsmi hissənin ardından bədii hissə ilə davam edib. İkinci
bölümdə tələbələrtərəfindən Məzun Gününə özəl hazırlanmış video,
səhnəcik və foto-slaydlar nümayiş olunub, mahnılar səsləndirilib.





