TÜRKİYƏNİN ANADOLU DÖVLƏT UNİVERSİTETİNİN REKTORU, PROF. DR. NACİ GÜNDOĞAN AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ OLUB


16 dekabr 2014-cü ildə Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Anadolu Dövlət Universitetinin rektoru, Prof. Dr. Naci Gündoğan Azərbaycan Dövlət İqtisad Universitetində olub. Görüşdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangın da iştirak edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Prof. Dr. Ədalət Muradovla görüşdə iki universitet arasında əməkdaşlıq haqqında məsələlər müzakirə olunub.

Görüş zamanı ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da artırılması, Azərbaycan Dövlət İqtisad Universiteti əməkdaşlarının Anadolu Universitetində elmi təcrübə keçməsi və araşdırmaların aparılması, eyni zamanda dərs proqramları, birgə distant təhsil və ortaq dərslik proqramlarının hazırlanması barədə qərara gəlinib.
TÜRKİYƏNİN ANADOLU DÖVLƏT UNİVERSİTETİNİN REKTORU, PROF. DR. NACİ GÜNDOĞAN AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ OLUB