ANADOLU UNİVERSİTETİ ”AZƏRBAYCAN PROGRAMLARI” TƏLƏBƏLƏRİNƏ TƏLƏBƏ BİLETLƏRİ TƏQDİM EDİLDİ

15 dekabr 2014-cü il tarixində Türkiyənin Anadolu Dövlət Universitetinin qəbul imtahanlarında müvəffəqiyyət qazanaraq Universitetin tələbəsi olmağa layiq olan gənclərə tələbə biletlərinin təqdimetmə mərasimi keçirilirdi.
ANADOLU UNİVERSİTETİ ”AZƏRBAYCAN PROGRAMLARI” TƏLƏBƏLƏRİNƏ TƏLƏBƏ BİLETLƏRİ TƏQDİM EDİLDİ
Gəncləri və onların valideynlərini təbrik etmək üçün təşkil olunmuş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Anadolu Dövlət Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan, Azərbaycan-Türkiyə İşadamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangın, Anadolu Dövlət Universiteti "Azerbaycan Proqramları" koordinatoru Azər Hətəmov, Səfirliyin Təhsil Müşaviri Abdulqafur Büyükfırat, Türkiyə səfirliyinin digər müşavirləri, həmçinin qonaqlar, valideynlər, tələbələr də iştirak edirdilər.
ANADOLU UNİVERSİTETİ ”AZƏRBAYCAN PROGRAMLARI” TƏLƏBƏLƏRİNƏ TƏLƏBƏ BİLETLƏRİ TƏQDİM EDİLDİ
İlk olaraq tədbirin açılışında Azərbaycan və Türkiyə Respublikalarının himləri səsləndirildi. Sonra qonaqlar Anadolu Dövlət Universiteti haqqında tanıtım çarxına baxdılar.
ANADOLU UNİVERSİTETİ ”AZƏRBAYCAN PROGRAMLARI” TƏLƏBƏLƏRİNƏ TƏLƏBƏ BİLETLƏRİ TƏQDİM EDİLDİ
Tədbirdə çıxış edən Anadolu Dövlət Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov gənclərin ilk addımlarında onlara uğurlar arzuladı. Universitetin fəaliyyəti, həmçinin yenidən yaradılmış və genişləndirilmiş saytları haqqında (www.azanadolu.edu.az) tələbələri bilgiləndirdi. Bildirdi ki, onlar istədikləri vaxt bu sayta daxil olub videokonfrans dərslər, tədris materialları, Anadolu Universiteti “Azərbaycan Proqramları” ilə bağlı informasiyaları əldə edəcəklər.
ANADOLU UNİVERSİTETİ ”AZƏRBAYCAN PROGRAMLARI” TƏLƏBƏLƏRİNƏ TƏLƏBƏ BİLETLƏRİ TƏQDİM EDİLDİ
Azərbaycan-Türkiyə İşadamları Birliyinin İdarə heyətinin sədri Cemal Yangın tələbələri təbrik edərək, ATİB-in könüllü olaraq bu işlərə dəstək verdiyini ve gələcəkdə daha çox dəstəklər verməyi nəzərdə tutduqlarını bildirdi
ANADOLU UNİVERSİTETİ ”AZƏRBAYCAN PROGRAMLARI” TƏLƏBƏLƏRİNƏ TƏLƏBƏ BİLETLƏRİ TƏQDİM EDİLDİ
Daha sonra Anadolu Dövlət Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan hər il belə gənclərlə təhsildə birlikdə addımlayacaqlarından qurur hissi keçirdiyini söylədi. Bildirdi ki, Anadolu Universiteti Azərbaycanın bir çox dövlət universitetləri ilə də əməkdaşlıq edir. Dünyanın hər yerində büroları fəaliyyət göstərir. Fikrini “Hədəfimiz, harada türk, türkcə danışan varsa, biz ordayıq” cümlələri ilə bitirdi.
ANADOLU UNİVERSİTETİ ”AZƏRBAYCAN PROGRAMLARI” TƏLƏBƏLƏRİNƏ TƏLƏBƏ BİLETLƏRİ TƏQDİM EDİLDİ
Sonra Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun Azərbaycan Türkiyə əlaqələrinin gündən-günə inkişafından, təhsilin qarşılıqlı mübadiləsindən danışdı. Gənclərə isə sadəcə diplom almaq xatirinə deyil, gələcəkdə vətənə, xalqa xeyir verəcək savadlı bir insan kimi yetişmələrini arzu etdi. Sonda müvəffəqiyyət qazanmış gənclərə tələbə biletləri teqdim olundu.