ATİB SəDRİ ATİB-ə üZV OLAN şİRKəTLəRİ ZİYARəT ETDİ


15 yanvar  2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti ATİB-ə  üzv olan LTB MMC, "Alstom GRİD SAS” şirkətinin Azərbaycandakı filialı, Muğanbank ASC vəAXA MBASK şirkətlərini  ziyarət ediblər.

LTB MMC şirkətinin rəhbəri Kənan Quliyev qonaqları salamlayaraq bildirdi ki, LTB MMC, həm sürətli böyümə potensialı yüksək olan, həm də təcrübəsini məhsuldar istifadə və sürətlə nəticəyə çevirmə qabiliyyəti olan bir şirkətdir.

Növbəti görüş "Alstom GRİD SAS” şirkətinin Azərbaycandakı filialında oldu. Şirkətin Baş meneceri Elşən Zeynalov ziyarətə görə təşəkkürünü bildirərək qeyd etdi ki, şirkət 2008-ci ildə AREVA T & D (transmission and distribution) SA şirkətinin Azərbaycan Respublikasındakı filialı kimi qeydiyatdan keçib. Şirkət  Azərbaycanda energetika sahəsində fəaliyyət göstərir. İlk böyük layihəsi SCADA layihəsi olub ki, müştərisi "Azərenerji”dir. Həmçinin şirkət satış üzrədə fəaliyyət göstərir. Satış sahəsinə  elektrik avadanlıqları daxildir. Hazırda Qızıldaş layihəsi üzərində işlər gedir. Digər icra olunan layihə isə Baku Shipyard Company LLC ilə olan layihədir.

2011-ci ildə T & D hissələri ALSTOM şirkətinə satıldı və o tarixdən etibarən ALSTOM şirkətinin filialı kimi fəaliyyət göstərilir. ALSTOM şirkəti Azərbaycanda enerji sistemi üzrə çalışır.

 ATİB SəDRİ ATİB-ə üZV OLAN şİRKəTLəRİ ZİYARəT ETDİ

Muğanbank ASC-də görüş zamanı İdarə Heyətinin Sədri Elmir Həsənov ATİB haqqında çox müsbət fikirdə olduğunu bildirdi. O, Muğanbank haqqında məlumat verərək bildirdi ki, "Muğanbank” ASC 1992-ci ildə yaradılıb. Yarandığı tarixdən Bankın məqsədi ölkə iqtisadiyyatının inkişafında iştirakçı olmaq, geniş əhali kütləsinə bütün növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olmuşdur. Yarandığı tarixdən etibarən 19 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, servis və xidmətləri həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır.

 

Sonuncu görüş isə Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan AXA MBASK şirkətininİdarə Heyətinin sədrinin birinci müavini Selçuk Adıgözəlilə olub.MBASK Sığorta Şirkəti 1992-ci ildən öz fəaliyyətini həyata keçirir və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biridir. 1992-ci ildən 1996-cı ilədək olan dövrdə Azərbaycanın sığorta bazarının təşəkkülü baş verirdi. Bu müddət ərzində bazarın məhdud imkanlarına baxmayaraq MBASK peşəkar kollektiv formalaşdırmağa nail oldu və bu gün 29 sığorta növünü həyata keçirmək üçün lisenziyaya sahibdir. 14 oktyabr 2010 il tarixdə dünyanın ən iri sığorta şirkətlərindən biri olan "AXA Group" özünün törəmə cəmiyyəti olan "AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros" (İspaniya) şirkəti vasitəsilə "MBASK" Sığorta  Şirkətinin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (51 %) əldə etmişdir.
AXA Group dünyada ən iri sığorta şirkətlərindən biridir və Fortune Global 500-ün 2010-cu il üzrə siyahısında gəlirlərinə görə dünyanın 9-cu ən iri şirkəti kimi göstərilmişdir. AXA 57 ölkədə, əsasən Qərbi Avropada, Şimali Amerikada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə fəaliyyət göstərir. Qrupun 216 000-dən artıq əməkdaşı və dünya üzrə 96 000 000 müştərisi vardır. Qrup beş əməliyyat biznes-seqmentindən ibarətdir: Həyatın və Əmanətlərin sığortası, Əmlakın sığortası və Bədbəxt Hadisələrdən sığorta, Beynəlxalq sığorta (təkrarsığorta daxil olmaqla), Aktivlərin idarə edilməsi, habelə digər maliyyə xidmətləri.
2010-cu ilin 7 dekabrında MBASKın lisenziyası şirkətin adının AXA MBASK`a dəyişdirilməsi ilə əlaqədar olaraq yenilənib.

Hər iki görüşün sonunda xatirə şəkilləri çəkildi.