ATİB ofisində Türkiyə Respublikasının Azərbaycandakı səfiriliyinin Əmək və Sosial Müdafiə müşaviri ilə görüş keçirildi


Azərbaycan Türkiyə İş Adamları Birliyi yarandığı gündən etibarən Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi diqqət yetirmiş və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmişdir. Bundan çıxış edərək, 22 yanvar  2014-cü ildəATİB ofisində Azərbaycan Türkiyə İş Adamları Birliyi onun üzvlərini maraqlandıran məsələlər üzrə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata ilə görüş təşkil edib.

Görüşün məqsədi miqrasiya, qanunvericilik ilə əlaqədar gündəlik mövzular, Sosial Müdafiə fondu və s. barədə ATİB üzvlərini məlumatlandırmaq idi. Görüş aktual sual-cavab əsasında həyata keçirildi.

Görüşdə Namık Ata bildirmişdir ki, bugünkü səmimi görüş Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Öz ölkəsindəki həmkarlar hərəkatının fəaliyyətindən söhbət açan qonaq Türkiyədə də işçilərin əmək və sosial hüquqlarının qorunması yolunda çaxsaylı işlərin görüldüyündən bəhs etmişdir.

ATİB ofisində Türkiyə Respublikasının Azərbaycandakı səfiriliyinin Əmək və Sosial Müdafiə müşaviri ilə görüş keçirildi