ATİB-in Ümumi Yığıncağı keçirildi


12 fevral 2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində təşkilatın Ümumi Yığıncağının növbəti iclası keçirildi.

İclası giriş nitqi ilə İdarə Heyətinin üzvü Rəşad Rəsullu açıq elan etdi.

ATİB-in Ümumi Yığıncağı keçirildi

Daha sonra Prosedura uyğun olaraq Ümumi Yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və katiblər seçildi.

İclasın sədri ATİB Sədrinin müavini Mehmet Sami Acarözmen seçildi. O, qonaqlara xoş gəldin deyərək,  iclası qarşıdan gələn 26 fevral Xocalı Soyqırımı Günü münasibətilə və hər iki ölkə şəhidlərinin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başladı.

Gündəliyə uyğun olaraq ATİB İdarə Heyətinin üzvü Rəşad Rəsullu İdarə Heyətinin 2013-cü il üzrə fəaliyyət hesabatını və 2013-cü il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim etdi.

Bundan sonra İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxıldı. İşlərinin yoğunluğu səbəbindən İdarə Heyətinin üzvü Ali Apaydın və Azərbaycandakı iş həyatının bitməsi səbəbindən İdarə Heyətinin üzvü İhsan Fatoğlu xahiş etdilər ki, onlar İdarə Heyəti üzvlüyündən azad edilsinlər. Onların yerinə World Telecom şirkətinin  prezidenti Vahdettin Keleş  və  Network Global Logistics şirkətinin ölkə üzrə meneceri Oktay Vayiç  ATİB İdarə Heyətinə üzv seçildilər.

Daha sonra ATİB-in 2014-cü il üçün büdcəsi təqdim  olundu və sənədlər iclas iştirakçıları tərəfindən təsdiqləndi.

İclasın sonunda ATİB İdarə Heyətinin sədri ATİB-in 2013-cü il ərzində olan fəaliyyəti barədə danışdı.

ATİB-in Ümumi Yığıncağı keçirildi

 

ATİB-in Ümumi Yığıncağı keçirildi

 

ATİB-in Ümumi Yığıncağı keçirildi