Türk Ocaqları Kocaeli şöbəsinin sədri ATİB ofisini ziyarət edib


26 fevral 2014-cü ildə Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB) ofisində ATİB İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen Türk Ocaqları Kocaeli şöbəsinin sədri Yücel Alpay Demiri qəbul edib.

Türk Ocaqları Kocaeli şöbəsi və BAYŞAD Kocaeli şöbəsi birlikdə Ürəyimizdə bitməyən acı "Xocalı soyqırımı” məzmunda  olan şer müsabiqəsini təşkil edərək Xocalı soyqırımının xatirəsini yad ediblər. Xocalı soyqırımına həsr olunan müsabiqə şerlərindən ibarət olan kitab  Sami bəyə təqdim olunub.

ATİB İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen həmçinin 26 fevral tarixinin  kədərindən bəhs edib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

 

Türk Ocaqları Kocaeli şöbəsinin sədri ATİB ofisini ziyarət edib