ATİB "Zirvə Söhbətləri" adlı tədbir keçirdi


4 Mart 2014-cü  ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) Sosial və iqtisadi inkişaf cəhətdən vacib olan "Zirvə Söhbətləri" adlı tədbir keçirdi. 

"Zirvə söhbətləri" adlı tədbirdə ATİB üzvləri ilə yanaşı, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Çoşkun, Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Sadettin Topukçu, Millət vəkilləri Qənirə Paşayevə və Asim Mollazadə, Türkiyənin ölkəmizdəki diplomatik korpusunun təmsilçiləri, Gürcü Türk İşadamları Derneği (Gurtiad) idarə heyətinin sədri Kenan Yıldırım, həmçinin digər qonaqlar iştirak edirdilər.

Görüş iki seansdan ibarət idi. Birinci seansda qonaqlar Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Çoşkunun nitqini dinlədilər. O, müasir dünyada dostluq və qardaşlıq əlaqələri baxımından nümunə göstəriləcək Türkiyə-Azərbaycan əlaqələri barədə çıxış etdi. Daha sonra  ATİB-lə faydalı əməkdaşlığından bəhs edərək ona qarşı göstərilən diqqətə görə ATİB-ə təşəkkür etdi.

"Zirvə Söhbətləri" adlı tədbirin ikinci seansı isə yeməkli toplantı olaraq davam etdi. ATİB İdarə Heyətinin sədri Cemal Yangın bildirdi ki, bu cür toplantı ATİB üzvlərinin üzvlərinin bir-birini daha yaxından tanımasına, əlaqələrini genişləndirməsinə, həmçinin, birgə xoş vaxt keçirmələrinə əhəmiyyətli töhfə verir. Daha sonra isə ATİB sədri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Çoşkuna təşəkkür plaketi təqdim etdi.

ATİB "Zirvə Söhbətləri" adlı tədbir keçirdi

 

ATİB "Zirvə Söhbətləri" adlı tədbir keçirdi

 

ATİB "Zirvə Söhbətləri" adlı tədbir keçirdi

 

ATİB "Zirvə Söhbətləri" adlı tədbir keçirdi

 

ATİB "Zirvə Söhbətləri" adlı tədbir keçirdi

 

ATİB "Zirvə Söhbətləri" adlı tədbir keçirdi