ATİB BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ İŞTİRAK ETDİ


Aprelin 3-dən 5-dək "AITF 2014” 13-cü Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər” və "Horex Caucasus 2014” 7-ci Qafqaz Beynəlxalq "Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi keçirilib. Birliyimizin üzvü İteca Caspian şirkətinin təşkil etdiyi bu sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) öz stendi ilə qatılıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.

Bakı Ekspo Mərkəzində keçirilən bu sərgi dünya standartları səviyyəsində turizm xidmətlərinin göstərilməsi üzrə müasir təmayüllərin və yeni texnologiyaların nümayişi üçün regionun ən böyük tədbiri hesab olunur. Sərgidə stendi ilə iştirak etməklə ATİB biznes mühitində yeni əlaqələrin, ünsiyyət və münasibətlərin qurulması üçün imkanlarını nümayiş etdirib.

Qeyd edək ki, sərginin ilk günü Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin rəsmi açılış mərasimində iştirak edərək iştirakçı şirkət və təşkilatların stendləri ilə tanış olub. Sərginin ikinci günündə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgini ziyarət ediblər.

ATİB-in stendi sərgi boyu ziyarətçilərin və sərgidə iştirak edən şirkətlərin böyük marağına səbəb oldu. ATİB stendini İdarə Heyətinin sədri Cemal Yangın,  İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen, İdarə Heyətinin üzvü Vahdettin Keleş, ATİB üzvü Bülent Aykut Süzer və başqaları ziyarət etdilər.

Sərgi zamanı ATİB ziyarətçilərə təşkilat haqqında geniş məlumat verərək, nəşrlərini ("Ecovision" jurnalı, iqtisadiyyatın müxtəlif sektorları üzrə araşdırmalar) təqdim edib, ATİB tanıtım filmini nümayiş etdirib.

ATİB BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ İŞTİRAK ETDİ

 

ATİB BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ İŞTİRAK ETDİ

 

ATİB BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ İŞTİRAK ETDİ

 

ATİB BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ İŞTİRAK ETDİ