ASK 15 yaşını qeyd edib


Azərbaycan Respublikası Sahibkarklar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  öz ofisində  15 illik yubileyini qeyd edib. İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Həmkarlar İttifaqları Konfederasiyasının həmçinin 30-dan çox sahibkarın  qatıldığı tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyini İdarə heyətinin sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

ASK-nın prezidenti Məmməd Musayev   tədbiri açaraq, mərasimdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirib. M.Musayev   ASK-nın 15 il ərzində qazandığı uğurlardan, həmçinin  həyata keçirilən layihələr  barədə  məlumat verib.

Təbriklərə qoşulan  ATİB sədri Cemal Yangın  da öz səmimi təbriklərini ifadə edərək, bu günədək  ASK ilə birlikdə   mühüm  layihələrə imza atdıqlarını və bundan sonra da bu əməkdaşlığın uğurla  davam edəcəyinə ümidvar olduğunu bildirib

ASK 15 yaşını qeyd edib